Reklamverən: Sual-Cavab
  • 1. Adsense.Az-da reklam yerləşdirmək üçün nə etməliyəm?
    Adsense.Az-da reklam yerləşdirmək üçün qeydiyyatdan keçir, reklam blokunuzu yerləşdirirsiniz. Təsdiqləmək üçün əməkdaşlarımız sizinlə əlaqə saxlayır və ödəməni qəbul edir və reklamlarınız yayına buraxılır. Yaxın gələcəkdə reklamların yerləşdirilməsi avtomatlaşdırılacaq və elektron formada ödəmənizi etdikdən sonra 1 iş günü ərzində reklamlarınız avtomatik yayına başlayacaq.
  • 2. Reklamların qiyməti necə hesablanır?
    Reklamların qiyməti sizin secəyiniz formaya görə hesablanacaq. İstəyinizə uyğun olaraq, CTM (görüntüyə görə) və CTR (tıklamaya görə) reklamları seçə bilərsiniz. Bundan başqa, secəyiniz hədəf kütləsinin də qiymətə təsiri ola bilər.
  • 3. Reklama başlamaq üçün minimum məbləğ nə qədər olmalıdır?
    Reklam büdcəsi üçün minimum məbləğ 100 manatdır.
  • 4. Ödəmənə hansı formada etmək olar?
    Ödəməni öncədən olmaqla nağd, elektron formada və ya köçürmə yolu ilə edə bilərsiniz.
  • 5. Reklamlarımız harada görünəcək?
    Reklamlarınız Azərbaycanın aparıcı internet saytlarında görünəcək. Siz istəyinizə uyğun olaraq, hədəf kütlənizi daralda, reklamlarınızın sistemdə mövcud olan konkret saytlarda görünməsini də ayarlaya bilərsiniz.