Yayınçı: Sual-Cavab
  • 1. İstənilən sayt Adsense.az platformasına qoşula bilərmi?
    İlkin mərhələdə qeydiyyat bütün saytlar üçün açıq olsa da, aparılan testlərlə bağlı olaraq, hansı saytlara reklam yerləşdirilməsi ilə bağlı qərarı Adsense.Az rəhbərliyi qəbul edir. Bu zaman saytların günlük izləyicisi, keyfiyyəti və məzmunu nəzərə alınır.
  • 2. Saytımın Adsense.Az platformasına qəbul olunduğunu necə bilərəm?
    Müraciətiniz Adsense.Az-ın tərəfindən araşdırılır və 5 iş günü ərzində email vasitəsi ilə cavablandırılır.
  • 3. Sayta neçə reklam pəncərəsi yerləşdirə bilərəm və bu gəlirlərimə təsir edəcəkmi?
    Sayta yerləşdiriləcək reklam bloklarının sayında heç bir məhdidiyyət yoxdur. Saytınız incələndikdən sonra mütəxəssislərimiz sizə ən uyğun yerləri məsləhət biləcək və gəlirlərinizin maksimum olması üçün tövsiyyələrini verəcəkdir. Reklam bloklarının sayı və münasib yerdə olması gəlirlərinizə təsir edir.
  • 4. Gəlirlər hansı formada hesablanacaq?
    Yerli və xarici reklamlardan, onların auiksion qiymətindən asılı olaraq, həm görüntü, həm tıklama metodu, həm də bannerə görə statik hesablama metodu tətbiq edilə bilər. Bu, hər bir sayta görə dəyişə də bilər. Razılaşma əldə olunandan sonra hər bir sayt öz profilində günlük, həftəlik və aylıq balanslarını izləyə bilər.
  • 5. Qazandığım məbləği necə götürə bilərəm?
    Qazandığınız məbləği hər növbəti ayın ilk yarısında nağd və ya köçürmə vasitəsi ilə əldə edə bilərsiniz.